ƏRDOĞANLA PUTİN QARABAĞLA BAĞLI YENƏ MÜZAKİRƏ APARDI - Kreml açıqlama yaydı

img

13-01-2021 [16:25]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə məlumatı Kreml yayıb.

V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.

Bildirilib ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.

R.T.Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb/Report.

Qeyd edək ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR