Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

img

12-01-2021 [14:35]


Ötən gün törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub: "Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR