Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası olacaq

img

12-01-2021 [12:26]


Yanvarın 18-19-da Tehranda Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşdə bildirib.

O, iclasın da iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR