Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana gedir - Bu tarixdə

img

11-01-2021 [16:15]


Yanvarın 13-14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, səfər çərçivəsində yanvarın 13-də Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR