Çinarə Ömraydan yeni hekayə: Qayıdış
10-01-2021 [15:18]
Çinarə Ömray
Qayıdış (Hekayə)
***
Bəsti üzünü mikrafonu ona tuşlayıb cavab gözləyən jurnalistə tutaraq deyir:
- Bu sarı avtobus idi, bir kənd adamı öz çiynində büdrəyə-büdrəyə üzü şəhərə qaçırdı. O qədər ağır-ağır gedirdi ki. Avtobusda biz uşaqlardan başqa hamı ağlayırdı. Bircə gülən biz üç-beş uşaq idik. Dayım qızı məndən bir neçə yaş böyük idi. Dedi:
- Heç ağlıma gəlməzdi ki, şəhərə belə avtobusla gedəcəm.
Xalam qızı:
- Avtobusa baxee. Biz düşüb qaçaraq getsək, bundan daha tez şəhərə çatardıq.
Digər dayım qızı:
- Görən şəhər çox qəşəngdi?
Mən:
- Avtobusa baxeee, elə bil qocalıb öskürə-öskürə gedir.
Buna uşaqlarla gülüşdük. Kiminsə anası uşağının böyründən bir çimdik götürdü, uşaq da böyüklərə qoşulub ağlamağa başladı.
Həmin sarı avtobus öskürə-öskürə bizi Sumqayıt avtovağzalına daşıyıb gətirdi. Hələ üç gün bizə ev sahibliyi də elədi. Sürücüdən başqa hamı qadınlar idi. Yazıq sürücü düşüb hardansa telefon aparatı tapmışdı, bir-bir gəlib avtobusdakıların qohum-əqrəbalarının nömrələrini alıb gedirdi. Hərənin ardınca şəhərdə yaşayan bir qohumu maşınla gəlib yığıb aparırdı. Üç günün sonunda bir biz qalmışdıq, bir də qoca avtobusla sürücüsü.
Sürücü dedi ki, sizin heç kiminiz yoxdu burda. Bütün doğmalarınızı, başıpapaqlılarınızı orda qoyub gəlmisiniz. “Siz mənim əmanətimsiniz” deyib bizi elə o avtobusla da uçuq-sökük evin həyətinə gətirdi:
- Hələlik burda qalın, sizə bir yer düzəldəcəm - deyib getdi. İki gün yenə o avtobusda qaldıq. Hər yeri sökülmüş evin pəncərələrini, qapılarını köhnə adyal, klokla bağladı. Avtobusunu bizə, bizi isə o qapı-pəncərəsiz evə əmanət edərək “Kişilər burda yox, öz torpağında olmalı, ölməlisə ölməli, qalmalısa qalmalıdır”, - deyib halallaşıb getdi.
Avtobus o evdən daha rahat olduğu üçün bir neçə gün o qoca avtobusda yaşayası olduq. Sonra kişilər gəldi.
Sürücü dayı təzdən kəndə qayıdanda yolda əsir düşüb. Babamgil güclə canlarını qurtarıb gəliblər.
Sonra yavaş-yavaş uçuq evi düzəltdik, orda yaşamağa başladıq. Böyüdük... Həm ailə olaraq, həm də yaş olaraq. Bircə böyüməyən o sarı avtobus idi. Bu illər ərzində babam nənəmin xətrinə dəyən kimi, nənəm küsən kimi gedib o avtobusda otururdu. Biz uşaqlar da evcik-evcik oynayanda o avtobusu özümüzə ev seçdik. Hamı kənddəki evimizin iyini də, qoxusunu da o avtobusdan alırdı. Babam da həmişə bizi kəndə elə bu sarı kişi aparacaq deyirdi. Təkərlərinə sığal çəkərdi, güzgülərini silərdi, işıqları ilə dərdləşərdi. Avtobusla o qədər danışırdı ki, hərdən elə bilirdim avtobus indi bir siqaret yandırıb çəkəcək. Ya da bizi gətirəndəki kimi xırıltılı-xırıltılı öskürəcək.
Hamımızın böyüdüyü vaxtlar idi. Bir gün əmim dedi ki, bu avtobus həyətdə yer tutur, rədd edək getsin.
Babamı heç bu qədər əsəbi və hövsələdən çıxan görməmişdim.
Üzünü Əmimə tutub:
- Məni də aparıb qojalar evinə verin rahatlaşın, yeriniz genəlsin.
- Ay , ata, o nə sözdü? Niyə özünü o dəmir parçasıyla bir yerə qoyursan axı?
- Nə??! Dəmir parçası??? Bax sənin kimilər heç vaxt torpaq qədri bilməyəcəklər, dəyər nədi anlamayacaqlar. Sürük burdan, gözüm səni görməsin, - deyib üzü avtobusa sarı getdi. Həmən gün babam nahar yeməyini də avtobusun içində yedi. Heç kim cürət edib ona nəsə deyə bilmirdi. Mən getdim yanına.
- Niyə burda oturursan? Gəl evə də.
- Bura da evimdi də, bala. Evimizi bu sarı kişiylə daşımışıq bura, elə bunla da geri aparacağıq. Anlamırlar, qızım, anlamırlar. Bunlar dəyəri anlamadıqca, o torpaqları Allah bizə qaytarmayacaq, bala. Heç kim bilmir ki, bu bizim ailənin geri dönmək ümididir. Məni ayaqda saxlayan bu ümid də bu həyətdə artıq yer tutursa, mən nəyə gərəyəm axı?
O gündən sonra o avtobusa “gözün üstə güzgün var” deyən olmadı. Babam doğmalarını, dostlarını itirdikcə avtobusa daha çox sığınırdı. O avtobus babamı dünyada tək qalmaqdan qoruyan yeganə varlıq idi.
27 Sentyabr idi. Hamını müharibə təlaşı bürümüşdü. Babam atama, əmilərimə zəng edirdi ki, nə durmusuz, gedin könüllü yazılın, nəsə edin, irəliləmək vaxtıdır.
Bir gecə həyətimizdən gələn səsə hamımız oyanmışıdıq. Səsin ardınca çölə çıxan heç kim geri qayıtmırdı. Mən də
çıxdım. Bütün ailə üzvlərimiz heykəl kimi həyətin ortasında idi.
Beş gün qabaq həkimlərin "yaşlı kişidir", "ölüm haqdır" deyib susduğu, xəstə yatağında yatan babam əlindəki dəmirlə avtobusun təkərlərini açırdı. Sonra kənarda dayanan bir maşını əl işarəsi ilə yanına çağırdı, hamımız nə baş verdiyini anlamağa çalışırdıq. Maşının işığı babamın üzünə vurduqca üzündəki sevinci, xoşbəxtliyi, fərəhi tək mən görmədiyimin fərqində idim. Sarı kişinin təkərlərini tanımadığımız adamlarla tanımadığımız maşına yüklədilər. Tanımadığımız adamlar babamın əlini sıxıb qucaqladılar. Yenə gələcəklərini, onu həmin böyük görüşə aparacaqlarını deyib getdilər.
Babam həvəslə:
- Nə baxırsız, bir çay dəmləyin içək, - deyib ardınca mazutlu əlini həyətdəki soyuq su axan krantda yudu. Sonra: - Səngərə gedireee. İgidlərim alacaqlar bu dəfə inşallah. Mütləq alacaqlar.
Səhəri gün babam əmimi çağırıb ona bir cəngə pul verib dedi:
- Dar günlüyüm idi, kəfən pulum. Amma hələki sağolsun, allahdan möhlət almışam. Bununla sarı kişiyə dörd dənə təzə təkər al. Birdə bunu işə salmaq üçün lazım olan hissələri. Gətir yavaş-yavaş başlayım. Bizi o müqəddəs torpaqlara bu sarı kişi aparacaq. O da, elə mən də son missiyamızı orda tamamlayacağıq.
Ondan sonra düz 45 gün hər səhərimizi babamın taqqıltı səsinə, ardınca şəhid xəbərlərinə, torpaqlarımızın müjdə xəbərlərinə açırdıq.
Birdən kiminsə "kino çəkirsiz orda?? Bu nədi belə? Bu cür müsahibə olmur, qardaş. Bu cavanları kim gətirib tökübeee Qarabağın düzünə müsahibə hazırlamağa? Hərə öz dərdin danışsa, biz gərək üç il burda yatıb qalaq" deyib qışqıra-qışqıra jurnalistə və kameramana tərəf gəldi. Hər ikisi yuxunun ortasında qorxunc bir varlığı görmüş kimi dik atıldılar elə bil. Jurnalist xanım özünü düzəldib kameraya tərəf:
- Hörmətli tamaşaçılar, sizi Qarabağın dilbər guşələrinin birindən salamlayırıq. Artıq hər kəs öz doğma yurd-yuvasına, evinə yerləşib. Əlbəttə, hər evin, hər ailənin 30 illik ağrı, əziyyət hekayəsi var. Yeni hekayələrdə görüşənədək.
Həmən səs yenə yüksəldi "həəə, al bu da sənə müsahi. Əvvəlki jurnalistlər yoxduyee, qardaş, yoxdu."
MİA.AZ
Bakıda şəhid adını daşıyan küçə: məhəlləni bürüyən kabab qoxusu və zəbt edilmiş səkilər... - FOTOLAR
İlham Əliyev Ərdoğana məktub göndərib: "Əziz qardaşım..."
Cənubi Koreya ilə Yaponiyaya arasında gərginlik - Ada ilə bağlı
Nazir müavini: "Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir"
Hakan Fidan: "Türkiyəyə zərər vermək cəhdi uğursuzluğa məhkumdur"
Rəsmi Moskva Trampın təhdidini saymadı: "Onun keyfli ultimatumu bizi maraqlandırmır"
Əhalinin sağlamlığı üçün fəaliyyət qrupları yaradılıb
Rusiyada azərbaycanlı iş adamları həbs olunub
Oğul 85 yaşlı anasını döyərək öldürüb - VİDEO
Azərbaycan neftinin qiyməti 1.5 dollar ucuzlaşdı
Suriyada daha bir şəhərdə döyüş başlayıb: ölkə yenidən qana sürüklənir - Açıqlamalar
İTV-nin aparıcısı vəzifəyə təyin edilib
Hazırın “nazir”ləri… - Təbriz VƏFALI YAZIR
Azərbaycanda zəlzələ olub
Park adıyla hasarlanan ərazidə nə tikilib? - Nizami rayonunda növbətı fırıldaq (FOTOLAR)
İsrail hərbçiləri hücuma hazırlaşan şəxsi öldürüb
Rəsmi Ankaradan Suriyadakı son toqquşmalara - Reaksiya
"Təşkilat"ın "Kraliça"sı küçədə yarıçılpaq görüntüləndi - FOTO
FETÖ-nün çevriliş cəhdindən 9 il ötür
BMT-nin baş katibi: "Bu, yaxın tarixdə görünməmiş vəziyyətdir"
Panama sahillərində zəlzələ - 6,2 bal gücündə
Ermənilərin azərbaycanlılara işgəncə verməsi... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb
Qəzzada son 24 saatdakı itki açıqlandı
Bakı və Abşeronda sabah qızmar diskomfort hava olacaq
Sabah 16 yaşayış məntəqəsində qaz olmayacaq
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
Rasim Balayev Amaliya Pənahova ilə "Babək"dəki məşhur yataq səhnəsindən danışdı: "Yaxın bir dostum dedi ki, necə peşəkarsan"
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
Nəsimi rayonunda “14 İyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı ” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni əmrlər
Araz çayında bir nəfər boğulub
"Sumqayıt" daha bir futbolçu ilə müqaviləyə xitam verib
Prezident iki yeni milli park yaradıb - Sərəncam
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Quşçuluq fabriki tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL