Yanacağın bahalaşması: "Fermerlərin aldığı güzəşrtli kreditlər bu xərcləri ödəyə bilməyəcək" - "Hökumətin yanaşmasında  məntiqsizlik var"

img

05-01-2021 [12:59]


"Dizel yanacağın qiymətinin birdən- birə 33% qaldırılması və aqrar sahəyə kompensasiya nəzərdə tutulmaması məntiqsiz və anlaşılmazdır".

Mia.az xəbər verir ki, bu sözləri  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti.Osman Gündüz deyib.

O bildirib ki, son zamanlar kənd təsərrüfatı sahəsi prioritet elan edilib:

"Yenicə subsidiyalar sistemi işə salınıb. Prezidentin bu sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüsləri, çağırışları olub. Özüm də son dövrlərdə bu çağırışlarla əlaqəli həm də yekunda smart bağ yaradılması məqsədilə intensiv bağçılıqla da məşğul oluram. Dediyim odur ki, bir neçə ildir ki, həm də bu proseslərin içərisindəyəm. Birmənalı olaraq deyə bilərəm ki, KTN sahəsi dizelin üstündə "oturub". Rəqəmsal biznes üçün internet nədirsə aqrar sahə üçün də dizel həmin rolu oynayır. Amma Tarif Şurası qəflətən aqrar sahənin əsas təminatı olan dizelin qiymətini 33% qaldırıb. Və qəribədir ki , kompensasiya nəzərdə tutulmayıb. Bu isə fermerlərin xərclərini kifayət qəfər qaldıracaq. Fermerlərin aldığı güzəşrtli kreditlər bu xərcləri ödəyə bilməyəcək".

Ekspert bildirib ki, əgər aqrar sahə üçün kompensasiya olmayacaqsa, son zamanlar dirçəlməyə başlayan bu sahəninin inkişafı ləngiyəcək və şübhəsiz ki, tənəzzül qaçılmaz olacaq: "Nəticədə kənd təsərrüfatı məhsulların qiyməti də qalxacaq. Yeri gəlmişkən, bu qiymət artımları ilə bağlı hökumətin yanaşmasında da məntiqsizlik var.

Dizel yanacağın qiymət artımını hökumət ekologiya ilə əlaqələndirir. Həm də, neft resursları olmayan ölkələrin uyğun qiymətlərinin müqayisəsi də, düşünürəm ki, məntiqli və uğurlu bir yanaşma deyil.

Əgər ekologiya faktoru varsa, onda bəs nə üçün həm hibrid, həm də elektromobillər üçün gömrük rüsumları tətbiq edilir, bu sahənin inkişafına subsidiyalar ayrılmır?".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR