Sevgi və ağrı (esse)

img

31-12-2020 [18:55]


Səxavət Tağlar,

Əməkdar müəllim.

***

SEVGİ və AĞRI: İnsanın qəlbinə hakim olan, onunla yaşayan, ən ali hiss və duyğudur. Qaçılmazdır ki, sevgi yaşamayasan, sevinməyəsən, ağrın olmaya, ağrınmayasan!...

İlin təhvil-təslim anlarında yaşadığımız Vətən sevgisi, Qarabağa qovuşuq anları, günləri, əsgər və zabitlərimizin düşmən üzərində tam və yetkin qələbəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mübariz iradəsi, şəxsi həyatımızda yaşadıqlarımız xoş günlər, ailə və peşə uğurları, nələr, nələr gözlərimiz önünə gəlir. 2021-ci ili sevgi və Zəfər ili kimi də dəyərləndiririk!... İlahi, 44 günün içində o Böyük Zəfəri necə qazandıq?! O sevgini necə yaşadıq?!...

Uğura gedən yol istirabsız, itkisiz, ağrısız da keçinmədi. Qəlbi Vətən sevgili cəsurlarımızı itirdik. Yandıq-yaxıldıq! Oğul itkisi, qardaş dağı, dost ayrılığı qəlbimizə şırım çəkdi, üzüldük. Elə bu sətirləri də ağrı içində yazıram.

2021-ci il həm də ağrı və itkilər ili kimi də qan yaddaşımızda qaldı. 2783 nəfər Vətən övladı İkinci Vətən müharibəsində Şəhidlik zirvəsində gül kimi bitdi. Bu, yeni il axşamı, Həmrəylik Günü dualarımız onlarladır. Nur içində yatsınlar!

...Bir bəlamız da pandemiya oldu. Bu bəşəri bəla nə sevgimizi, nə də ağrımızı yaşamağa imkan vermədi. Adət-ənənələrimiz, xeyir-şər məclislərimiz yeni format aldı. "Maska" həyatı yaşadıq. Təki maska üz örtüyümüz olsun, qəlbimizə, əməlimizə yeni baxış gətirməsin.

İllərin qovuşuğuna çox az zaman qalıb. 2020-ci il öz yerini 2021-ci ilə təhvil verir. Ailə-uşaq, nəvələr məndən Yeni ilə münasibət, necə keçirmık mövqeyimi gözləyir. Balaca Uğura nə deyim? Onu necə başa salım? Dözməyib, süpriz edəcəyim tortu üzə çıxarıram. " Ballı Şəhidlərimiz!" tortunu. Ailəmizin Uğurdan böyük üzvü, məktəbli Şəbnəm tez mülahizələrini işə salır: Bildim, bildim!

QARABAĞ AZƏRBAYCANDIR!- şüarını reallığa gətirən, Vətən aşiqləri olan Şəhidlərimizdır. Onlar həmişə bizə bal kimi şirindirlər...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR