Elektron xəritələr üçün düzgün rəsmi mənbə – “opendata.az” təkmilləşdirilib
29-12-2020 [14:59]
Elektron xəritələr üçün düzgün rəsmi mənbə – “opendata.az” təkmilləşdirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirliyin Məlumat Hesablama Mərkəzinin yaratdığı “opendata.az” Açıq Məlumatlar Portalına coğrafi məlumat dəstləri daxil edilib. Portala Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 adda xidməti əlavə olunub. Məlumat Hesablama Mərkəzi tərəfindən bu xidmətlərə aid tətbiqi proqramlaşdırma interfeysi (APİ) servisləri hazırlanıb:
"Bu APİ-lər vasitəsilə məlumatların rəqəmli olaraq istifadəsi və emalı mümkündür.
Əlavə olunan yeni xidmətlərin tərkibində Azərbaycanın rayonları, şəhər və inzibati ərazi vahidləri yer alıb. Həmçinin dəmir yollarının, çayların, göllərin koordinatları, milli parklar, avtomobil yolları, onların tipləri (magistral, kənd, şəhər tipli), meşələrin yerləşdiyi ərazilərin koordinatları, coğrafi adlar, obyektlər (dövlət idarələri və təşkilatları, özəl müəssisələr, otellər, tədris mərkəzləri və s.) əks olunub.
Yeni xidmətlərin məlumat bazası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya İdarəsi və AMEA-nın Dilçilik İnstitutu, texniki və proqram təminatı isə NRYTN-in Məlumat Hesablama Mərkəzi tərəfindən təmin edilib.
Bu xidmətlər Azərbaycan Respublikası xəritəsinin beynəlxalq rəqəmli platformalarda, mobil tətbiqlərdə, startaplar tərəfindən istifadəsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının coğrafi adlarının, toponimlərin düzgün istifadə edilməsinə xidmət edir.
Açıq Məlumatlar Portalındakı coğrafi məlumatlardan istifadə elektron xəritələrdə erməni saxtakarlığının qarşısını almaqla yanaşı, Azərbaycan toponimlərinin dünyada tanıdılmasına da imkan verəcək.
“opendata.az” portalı vasitəsi ilə aidiyyəti şəxslər, o cümlədən proqramçılar və startapçılar dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyib istifadə edə bilərlər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, eləcə də məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir.
Xidmətlər müntəzəm təkmilləşdirilir. İstifadəçiləri ən son yeniliklərdən xəbərdar olmaq üçün “opendata.az” elektron portalını daim izləməyə dəvət edirik".
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO