Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində 60 türk hərbçisi olacaq - Heyət Azərbaycana gəlib

img

26-12-2020 [15:25]


Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

NTV xəbər verir ki, mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Məlumata görə, Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir.

Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib.

Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub