Azərbaycanlılara işgəncə verən Ermənistan vətəndaşı həbs olundu
22-12-2020 [17:43]
Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Mia.az APA-ya istinadla bildirir ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. Lüdviq Mkrtçyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.
Məlumata görə, Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusu bir qrup erməni hərbçini əsir götürüb. Həmin əsirlərin içərisində Lüdviq Mkrtçyan da olub.
İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib. Hətta Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb.
Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
Kremlin sözçüsü: "Nə Rusiya, nə də Çin nüvə sınaqları keçirməyib"
Sabiq deputat bacısı oğlunun həbsini istəyir - TƏFƏRRÜAT
Ali Məclis deputatlarının köməkçiləri olacaq
Sabiq baş nazirdən Ədliyyə nazirinin təyinatına reaksiya: "Ona "Əlini çək, dostum" deməliydin..."
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri - Siyahı
Media nümayəndələri üçün yeni mükafat təsis olunub
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" ötən il 5 520 müraciət qəbul edib
Türkiyədə yeni syasi ittifaq yaranır - Ərbakan anons verdi
Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Ali Məhkəmədən daha bir vahid qərar: "Şəxsin "WhatsApp" yazışmaları izlənilə bilməz"
AFFA bəzi klub və futbolçuları cəzalandırıb
İnşaat Kollecinə direktor təyin olunub
YAP növbəti qurultayı gələn ay keçiriləcək - Nələr gözlənilir?
Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR
Cüdo texnikaları üzrə imtahan keçiriləcək
Azərbaycan millisinin heyəti açıqlandı
Sabah hava necə olacaq? - Proqnoz
Perunun müvəqqəti prezidenti vəzifədən kənarlaşdırılıb - Çinə görə
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO