Gürcüstan prezidenti: “Qafqaz platforması”na münasibətdə passiv olmayacağıq"

img

21-12-2020 [23:11]


“Bu il bölgəmizdəki münaqişə əsas problemlərdən biri oldu. Regionda sülhün bərqərar olmasını bir daha alqışlayıram. Əmin-amanlıq yalnız bizim və qonşularımız üçün deyil, bölgədəki hər üç ölkə üçün həyati əhəmiyyətə malikdir”.

Bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xaricdəki diplomatik missiyaları rəhbərlərinin onlayn formatda keçirilən konfransında deyib.

O, bölgənin tərəqqisi və inkişafının sülh və sabitlikdən asılı olduğunu bildirib.

S.Zurabişvili Gürcüstanın regionda sülhə nail olmaq istiqamətində iştirak etməməsindən təəssüfləndiyini qeyd edib: “Gürcüstanın tarixi rolu əsrlər boyu hamını hər zaman bir araya gətirməyə imkan verib. Buna görə də əminəm ki, Gürcüstan “Qafqaz platforması”nın yaradılması təşəbbüsünə münasibətdə passiv olmayacaq. Ümid edirəm, 2021-ci il ölkəmizin bu mənada dirçəliş ili olacaq”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR