Azərbaycan Ordusu Gorus-Qafan yolunu nəzarətə götürdü: “Bu yol Gorus, Qafan, Qacaran, Mehri, Aqarak və nəhayət, İranla..." - VİDEO

img

20-12-2020 [17:24]


Azərbaycan Ordusunun bölmələri Gorus-Qafan yolunun yaxınlığında yerləşən və bu günə qədər Ermənistanın işğalında olan ərazini nəzarətə götürüb.

Mia.az xəbər verir ki, Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Naira Zohrabyan “Facebook” səhifəsində bununla bağlı video paylaşıb. 

Gorusun icma rəhbərinin müavini Menua Ovsepyan isə paylaşımında əsassız ərazi iddialarını növbəti dəfə təkrarlayıb.

Ovsepyan qeyd edib ki, Azərbaycan Ordusunun durduğu yer Sünik bölgəsinin dövlətlərarası magistral yoludur: “Bu yol Gorus, Qafan, Qacaran, Mehri, Aqarak və nəhayət, İran İslam Respublikası ilə birləşdirən əsas arteriyadır”.

Xatırladaq ki, dekabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan müraciətində Sünik bölgəsində sərhədlərin dəqiqləşdirildiyini və sərhədçilərin Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə yerləşdiriləcəyini bildirib.  Amma erməni millətçiləri işğalçılıq siyasətinin davam etməsini və Azərbaycan ərazilərinin Ermənistanın tərkibində qalmasını tələb edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR