NAZİRLİK RƏSMİSİ HƏBS OLUNDU - Prokurorluq təfərrüatı yaydı
18-12-2020 [14:30]
Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş prokurorluqdan Mia.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.
17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Aşqabaddan İstanbula uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Amerikalı nazir: "Azərbaycanın böyük enerji ehtiyatları var və..."
Misir prezidenti: "İsraillə müharibəyə girə bilmərik"
GENERAL VƏZİFƏDƏN AZAD EDİLİB - Fərid Əsgərov əmr imzalayıb
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlindən tutduğu Nilay: "Soruşdu ki, harada qalıram?" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək