Ankaradan rəsmi Moskvaya mesaj: “Rusiya erməni tərəfinin Qarabağda atəşkəsi pozmasının qarşısını almalıdır”

img

17-12-2020 [11:56]


“Rusiya ilə müqavilələr imzalanıb. Digər tərəfdən, meydanda atılacaq addımları ev sahibi Azərbaycanla da müzakirə etməliyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, hazırda Qarabağda müşahidə nöqtələrinə – mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: “Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR