"Azəriqaz" rəhbərliyi dövlətə bir hesabat verir, işçiyə isə ayrı...  - Qarabağ əlili olan işçi sənədlər yaydı, ölkə rəhbərliyindən kömək istədi

img

16-12-2020 [17:15]


Bakı şəhəri, Nizami rayonu,.Keşlə qəsəbəsi Rafiq Agayev kucəsi ev 21-də yaşayan Qarabag muharibəsi əlili Rəhmanov Əhməd Fazil oglu ölkə rəhbərliyinə müraciət edib.

Mia.az-a daxil olan müraciətin surətinə o, sənədləri də əlavə edərək, bildirib ki, işlədiyi «Azəriqaz» İstehsalat Birliyində rəhbərlik tərəfindən böyük miqyasda qanun pozuntusu var:

"Bunun nəticəsində kullu miqdarda pul ikili muhasibat vasitəsi ilə mənimsənilir. Buna subut isə sizə 2 sənəd göndərirəm. Sənədin biri "Azəriqaz" rəhbərliyi tərəfindən Əmək və Əlalinin Sosial mudafiəsi Nazirliyinə göndərilən sorğudur.

İkinci sənəd isə mənə və mənim kimi işçilərə verilən əməkhaqqı vərəqidir.

Birinci sənəddə "Azəriqaz" rəsmisi bildirir ki, qaz istismar xidmətlərində işləyən çilingərlərin işi partlayiş xarakterlidir və insan səhhəti ucun zərərli islər siyahisina aiddir. Bu isə o deməkdir ki, həmin işçilər Əmək Qnunvericiliyinə uyğun olaraq, əməkhaqqlar əlavə iş əmsalı ilə hesablanmalıdır. Bundan əlavə, həmin işçilərin həftəlik iş saatı 36 saat olmalıdir. Yəni,  əgər işçi 36 saatdan əlavə işləyirsə, hər saatı üçün 2 qat odəniş olmalıdır.

İkinci sənədə isə (əməkhaqqənın hesablanması vərəqi), diqqət yetirsəniz, görərsiniz ki, işçiyə qanunda göstərilən əlavə maddi vəsait ödənilmir.  Bundan isə belə nəticə çıxır ki, "Azəriqaz" rəhbərliyi dövlətə bir hesabat verir, işçiyə isə ayrı hesabla əməkhaqqı yazir.

Bu isə hər işçinin hesabına dövlətdən hər ay azı 40-50 manat arası pulun mənimsənilməsi və vergidən yayınmadir".

Qarabağ əlili deyir ki, göstərilən faktlar, yəni "Azəriqaz" İstehsalat Birliyindəki bu özbaşınalıqlar aradan qaldırılmalıdır: "Xahiş edirəm, bu problemi ciddi nəzarətə götürüb, müvafiq tədbirləri həyata keçirəsiniz...".

İddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Mia.az 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR