Gürcüstan parlamentinə deputat seçilən azərbaycanlı mandatından imtina edib

img

16-12-2020 [13:04]


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) X çağırış parlamentində təmsilçilikdən rəsmən imtina edib.

Məlumata görə, partiya əldə etdiyi 36 mandatdan imtina barədə qanunverici orqana müraciət təqdim edib.

VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə Abdulla İsmayılov da deputat seçilmişdi.

Bununla da, qonşu ölkə parlamentində iki soydaşımız kürsü tutacaq. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat əldə edən Savalan Mirzəyevdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR