Əflatun Amaşov Rəşad Süleymanovdan yazdı: "Tez-tez fikir mübadiləsi aparırdım"

img

15-12-2020 [20:44]


Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün koronavirusdan vəfat edən tanınmış jurnalist, "AzeriDefence" jurnalının Baş redaktoru Rəşad Süleymanovun ailə üzvlərinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verib.

Mia.az xəbər verir ki, Ə.Amaşovun sözlərinə görə, amansız koronavirus daha bir həmkarımızı sıralarımızdan alıb:

"Jurnalist Rəşad Süleymanovun vəfatı məni son dərəcə kədərləndirdi. Rəşad istedadı, prinsipiallığı, bacarığı ilə seçilən həmkarlarımızdan idi. Vətən Müharibəsi müddətində necə çox çalışdığının şahidiyəm. Tez-tez zəng edib müxtəlif hərbi məsələlərlə bağlı onunla fikir mübadiləsi aparırdım. Sevinirdim ki, ölkəmizdə hərb sahəsini onun kimi bilən, eyni zamanda yüksək vətənpərvərliyi ilə seçilən jurnalistimiz var. Və bü gün. Çox sarsıldım. Allah sənə rəhmət eləsin, Rəşad!".

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR