Ruhanidən Ərdoğanın Bakıda səsləndirdiyi şeirə reaksiya: "Bütün dünya bilməlidir ki..."

img

14-12-2020 [20:24]


İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda oxuduğu şeirə münasibət bildirib. 

Məlumata görə, Ruhani Türkiyə və İranın qonşu ölkələr olduğunu, bu iki ölkənin münasibətlərinin əhəmiyyətini vurğulayıb.

“Türkiyə rəsmiləri açıq şəkildə bildirdilər ki, o, Azərbaycanın torpaqlarının azad olunmasından duyduğu sevincli bildirmək niyyətində olub. Ərazi bütövlüyü, İranın mövqeyi xüsusi əhəmiyyətə malikdir. Türkiyə rəsmiləri açıq şəkildə bildirdi ki, cənab Ərdoğanın həmin çıxışında regional əməkdaşlığa diqqət yetirib. Cənab Ərdoğanı tanıdığım üçün onun İranın ərazi bütövlüyünü şübhəyə alacağına inanmıram”.

Ruhani deyib ki, bu məsələyə etiraz bildirmək onların haqlarıdır.

“Ümumiyyətlə, cənab Ərdoğan çoxlu şeir oxuyur. Düşünürəm verilmiş izahatlarla bu məsələdən yan keçə bilərik. İran xalqının həssaslıq nümayiş etdirməsi çox normaldır. Bütün dünya bilməlidir ki, İran xalqı üçün torpaqlarının bir milli metri də önəmlidir,  hamı öz çıxışında bu məsələyə diqqət etməlidir”, - deyə o, bildirib.

Qeyd edək ki, Ərdoğanın Bakıda keçirilən Zəfər paradında "Ay Laçın" bayatısını səsləndirməsi İranda ciddi narazılığa səbəb olub. Xarici işlər naziri Cavad Zərif sosial şəbəkələrdə Ərdoğanı ittiham edib. Bundan sonra İranın Türkiyədəki səfiri Türkiyə XİN-ə çağırılıb və izahat alınıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR