Kiberdələduzlar “Azərpoçt” adına saxta saytlar yaradır
14-12-2020 [15:53]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə xəbərdar edir.
Mia.az nazirliyə istinadla xəbər verir ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə
ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
Yeni Baş nazir kollektivə təqdim edilib - Prezidentin səlahiyyətli nümayəndəsi tətrfindən
Azərbaycan millisi yoxlama oyununu keçirib
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi var - DİN vakant yerlərə işçi axtarır
İstefa verən bələdiyyə sədri partiya liderindən şikayət edib
İcra başçısı vəzifədən azad edildi - Sərəncam
İki həkim həbs edildi - Məhkəmə zalında
Siyavuş Novruzov: "Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü..."
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? - TƏHLİL
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
Bakıda türk biznesmenə niyə hücum olub? - VİDEO + AÇIQLAMA
General-mayora ağır itki üz verib
XİDMƏTİN SƏDR ƏVƏZİ 28 YAŞLI QAYNINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
"Qarşıdan gələn iki bayramda əfv olmayacaq” - Novella Cəfəroğlu
Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri qəbul edib - MÜZAKİRƏ + FOTO
Bakıda qar yağacaq - Sabahın hava proqnozu
Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - TƏHLİL
Trampın azad olunmasını istədyi media maqnatına 20 il cəza verildi
Rektorun oğlu vəzifədən azad olunub
Fransada hakim və anası qaçırılıb - Həbslər var
Mal əti adı altında satışa çıxarılan at əti... - Açıqlama + FOTO
“Böyük Seva”nın vəziyyəti açıqlandı: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir"
Jurnalistlər nəyi yaya, nəyi yaymamalıdır? - Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verdi
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... - Saxta elanlarla bağlı xəbərdarlıq
AMXM-da macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq