"Milli Məclisin Daxili Nizamnaməsi”nə dəyişiklik edilib

img

11-12-2020 [12:21]


Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, qanuna dəyişikliklə Milli Məclisin plenar iclaslarının videokonfrans sistemi ilə keçirilməsi üçün nəzərdə tutulan vaxtın aradan qaldırılması təklif edilir.

Hazırki qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Qanuna təklif edilən dəyişikliklə isə bu müddət aradan qaldırılıb.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR