Erməni deputat: "Azərbaycan beynəlxalq konvensiyanı pozmaz"

img

09-12-2020 [17:31]


"Azərbaycan dekabrın 10-da keçirəcəyi paradda erməni əsirləri göstərməyəcək".

Bunu parlamentin qapalı toplantısında Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Mariya Karapetyan bildirib.

“Fikrimcə, Azərbaycan beynəlxalq konvensiyanı pozub, paradda bizim hərbi əsirlərimizi göstərməyəcək”, - deputat vurğulayıb.

Qeyd edək ki, “İşıqlı Ermənistan” parlament fraksiyasından deputat Ani Samsonyan dekabrın 9-da keçirdiyi brifinqdə həmin gizli toplantı barədə məlumat verərkən Mariya Karapetyanı və Azərbaycanla diplomatik münasibət qurulmasını təklif edən hakim fraksiyanın başqa bir deputatı Andronik Köçəryanı tənqid edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR