İnformasiya əldə etmək haqqında qanun və büdcə məlumatları
12-11-2020 [10:05]
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirən “İnformasiya əldə etmək haqqında” qanundur. Həmçinin bu qanin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Bu qanuna görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır və hər kəs özü birbaşa informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya özü-özlüyündə isə “yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar” deməkdir.
Təqdim olunan məlumatlar aşağıdakı prinsiplərə uyğun olmalıdır:
– informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
– informasiyanın əldə olunmasının qanuniliyi;
– dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
– informasiyanın maksimum açıqlığı;
– informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
– informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
– informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
Qanunun IV fəslində informasiya sahib binin informasiya açıqlamaq vəzifəsi adlı maddə mövcuddur. Bu maddədə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək və eyni zamanda çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı açıqlanmalı olan informasiyalar qeyd olunub. Biz bu bəndlər arasında məhz iqtisadi və maliyyə sahəsində çalışan qurumlara aid olan məlumatların siyahısını təqdim edirik:
ümumiləşdirilmiş statistik məlumatlar;
büdcə proqnozları;
dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr;
dövlət orqanlarının fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar;
dövlət orqanlarının ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar;
dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar;
ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları;
dövlət satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;
normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;
normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən;
ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;
dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar;
ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar;
dövlət orqanlarının əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən;
dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək;
dövlət orqanlarının vakansiyaları haqqında məlumatlar;
dövlət orqanlarının mal və xidmətlərinə dair məlumatlar;
dövlət orqanları tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;
kütləvi tədbirlərin proqramları;
dövlət orqanlarının göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək;
dövlət orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar;
dövlət müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;
ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar;
əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar - şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;
tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;
əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar - bu dəyişikliklər edilənədək;
qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar;
informasiya sahiblərinin reyestri;
ictimai rəy sorğusunun nəticələri;
informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar;
dövlət sirri təşkil edən məlumatların siyahısı;
açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.
Bu məlumatlar müxtəlif üsullari ilə açıqlana bilər. Amma ən azı ya KİV-lər, ya da rəsmi nəşrlərdə dərc edilməlidir. Hər bir halda bu məlumatlar ilə sıravi vətəndaşın tanış olmaq imkanı olmalıdır.
Eyni zamanda qanun deyir ki, bəzi məlumatlar xidməti vəzifə daşıya bilər və onların vaxtında əvvəl açıqlanması düzgün deyil. Misal üçün, qanunun 35.2.6-ci bəndində qeyd olunub ki, “dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək” məlumat xidməti ola bilər. Ona görə bu cəhətdən qanun dövlət qurumuna müəyyən vaxt imkanı da verir. Amma başqa tərəfdən bəzi məlumatlar xidməti hesab edilə bilməz. İqtisadi sahədə bu tipli məlumatlara aşağıdakılar adi edilməlidir:
ictimai rəy sorğusunun nəticələri;
ümumiləşdirilmiş statistik məlumatlar;
iqtisadi və sosial yönümlü proqnozlar;
ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, o cümlədən nəqliyyatın və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;
informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə;
dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;
dövlət orqanlarındakı və bələdiyyələrdəki vakansiyalar haqqında;
büdcə vəsaitlərindən istifadə və ölkənin iqtisadi durumu haqqında;
dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;
dövlətin qiymətli metal və valyuta ehtiyatları barədə;
normativ hüquqi aktlar;
Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları;
qrantlar haqqında;
informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında;
dövlət nəzarətinin həyata keçirilməsi və ya intizam qaydasında qəbul edilmiş əmr, sərəncam və qərarlar;
istehlakçıların qanuni maraqlarının müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;
məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə;
ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;
reyestrdə qeydə alınmayan daxili sənədlər - təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar.
Başqa sözlə bu məlumatlar ictimaiyyətə çatdırılmalıdır.
Məqalə "Güzəran" sosial araşdırmalar ictimai birliyinin Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının aparılmasına sair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə
ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
Yeni Baş nazir kollektivə təqdim edilib - Prezidentin səlahiyyətli nümayəndəsi tətrfindən
Azərbaycan millisi yoxlama oyununu keçirib
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO
Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi var - DİN vakant yerlərə işçi axtarır
İstefa verən bələdiyyə sədri partiya liderindən şikayət edib
İcra başçısı vəzifədən azad edildi - Sərəncam
İki həkim həbs edildi - Məhkəmə zalında
Siyavuş Novruzov: "Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü..."
Women in Tech: Azərbaycanlı qadınlar IT sahəsində stereotipləri necə dağıdır? - TƏHLİL
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
Bakıda türk biznesmenə niyə hücum olub? - VİDEO + AÇIQLAMA
General-mayora ağır itki üz verib
XİDMƏTİN SƏDR ƏVƏZİ 28 YAŞLI QAYNINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
"Qarşıdan gələn iki bayramda əfv olmayacaq” - Novella Cəfəroğlu
Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri qəbul edib - MÜZAKİRƏ + FOTO
Bakıda qar yağacaq - Sabahın hava proqnozu
Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - TƏHLİL
Trampın azad olunmasını istədyi media maqnatına 20 il cəza verildi
Rektorun oğlu vəzifədən azad olunub
Fransada hakim və anası qaçırılıb - Həbslər var
Mal əti adı altında satışa çıxarılan at əti... - Açıqlama + FOTO
“Böyük Seva”nın vəziyyəti açıqlandı: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir"
Jurnalistlər nəyi yaya, nəyi yaymamalıdır? - Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verdi
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... - Saxta elanlarla bağlı xəbərdarlıq
AMXM-da macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq