Azərbaycan Ermənistanın əcnəbi terrorçulardan istifadəsi ilə bağlı BMT baş katibinə müraciət edib

img

09-12-2020 [13:34]


Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistanın Qarabağda Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabatı BMT-nin baş katibi Antonio Quterreşə təqdim edib.

Baş katibə ünvanlanan məktubda Yaxın Şərq ölkələri – İraq, Livan və Suriyadan olan terrorçuların Azərbaycanın işğal altında olmuş ərazilərinə yerləşdirilməsi ilə bağlı məlumat verilib.

Bildirilib ki, Ermənistan PKK və ASALA terror təşkilatlarının təlimatı altında onlar üçün təlim düşərgələri qurub.

Kəşfiyyat məlumatlarına əsaslanan məktubda Ermənistan tərəfindən Qarabağa yerləşdirilən köçkün və terrorçuların sayı, həmçinin muzdlu döyüşlərə verilən məvacib, onların adları və s. məlumatlar qeyd olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR