Beynəlxalq tədbirdə qalmaqal: səfirimiz Ara Ayvazyanın Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlarına cavab verib
08-12-2020 [13:12]
Dekabrın 7-də Hanoy şəhərində Vyetnam Xarici İşlər Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə “Sülhün bərqərar olunmasında və qorunmasında qadınların rolunun gücləndirilməsi: öhdəliklərdən nəticələrə doğru” adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Vyetnamdakı səfirliyindən Mia.az-a bildirilib ki, tədbir həm fiziki, həm də virtual formatda təşkil olunmuş və açılış mərasimində müxtəlif ölkələrin xarici işlər nazirləri və nazir müavinləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif QHT-lərin təmsilçiləri və ekspertlər iştirak ediblər.
Tədbirdə Ermənistan xarici işlər naziri Ara Ayvazyan çıxış edərək 27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı məsələləri təhrif olunmuş şəkildə çatdırmış, doğru olmayan məlumatları tədbir iştirakçılarına təqdim edib, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürüb.
Ermənistan xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov söz alıb. O, Beynəlxalq Konfrasdan sui-istifadə edərək Azərbaycan və Türkiyəyə qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyini vurğulayıb.
Ermənistan nazirinin ittihamlarını qətiyyətlə rədd edən səfir Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal olunmasının beynəlxalq ictimaiyyətə məlum fakt olduğunu vurğulayıb.
O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edildiyini, bu sənədlərin 27 il ərzində kağız üzərində qaldığını və diplomatik yolla onların həyata keçirilməsinə nail olunmadığını təəssüflə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra səfir A.İmanov cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozulmaqlarına cavab olaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və müvafiq qətnamələrin icrasının təmin edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərini atəşə tutması nəticəsində dinc əhali, xüsusəndə qadın və uşaqlar arasında böyük sayda həlak olan və yaralanların olduğunu bildirmişdir. Həmçinin səfir Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.
Çıxışın sonunda səfir Ermənistan rəsmilərini Azərbaycanı ittiham etmək əvəzinə güzgüyə baxmağa çağırmışdır. A.İmanov güzgüyə baxarkən onların hərbi cinayətkar görəcəklərini vurğulayıb.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO