“Dartanyan və 3 müşketyor”un "Dartanyan"ı: “Ailəmi dolandırmalı idim..."

img

05-12-2020 [11:57]


Rusiyanın Xalq artisti, keçmiş SSRİ-nin və Rusiyanın məşhur aktyoru və müğənnisi Mixail Boyarski Sovet İttifaqının istehsalı olan “Dartanyan və 3 müşketyor” filmində oynadığı Dartanyan personajını “qatil” adlandırıb.

O, bunu “Zanqalis & К” yutub kanalına müsahibəsində bildirib.

“Dartanyan əsl qatildir. Gününə beş meyit düşür. Bir qadının da başını kəsir. Vəssalam”, - o, qeyd edib.

Aktyorun fikrincə, qəhrəmanı mənfi surətdir. M.Boyarski filmin yenidən çəkilişində iştirakına pis baxdığını deyib.

O, “Müşketyorlar”a yenidən çəkilməsini dolanışıqla əlaqələndirib: “Ailəmi dolandırmalı idim. Bir çaya iki dəfə girmək çox çətindir. Fikrimcə, növbəti çəkiliş (oyandığı personajı nəzərdə tutur-red.) əvvəlkindən də pis idi”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR