"Neftçi" komandasında  koronavirusa kütləvi yoluxma var

img

04-12-2020 [14:15]


"Neftçi" futbol komandasının məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırılıb.

Mia.az verir ki, bu günə və 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.

Bildirilib ki, hazırda klubda 9 nəfər koronavirusa yoluxub. Onlar "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.

Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR