Avropa Liqası: "Qarabağ" - "Makkabi" qarşılaşması sülhlə bitdi, "Sivasspor" isə uduzdu

img

03-12-2020 [23:48]


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə cavab qarşılaşmasına çıxıb.

Mia.az xəbər verir ki,  Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutan oyunda hesabı israillilələr açıb.

Belə ki, 22-ci dəqiqədə qonaqların heyətində Yonatan Koen penaltini dəqiq yerinə yetirib - 0:1.

37-ci dəqiqədə isə komandamızın futbolçusu Romero hesaba tarazlıq gətirib - 1:1.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qrupdakı digər oyunda isə "Sivasspor" Vilyareal"a yenə məğlub olub - 0:1.

Bu oyunlardan sonra " Vilyareal" 13 xalla ilk pillədə yer alıb. "Makkabi" 8 xalla 2-ci, "Sivasspor" 6 xalla 3-cü, "Qarabağ" isə 1 xalla sonuncu yeri tutur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR