"Videoda bəhs olunan tikili SOCAR tərəfindən sökülməyib" - Şəhid ailəsi ilə bağlı yayılan xəbərə rəsmi reaksiya
03-12-2020 [17:38]
Sosial şəbəkələrdə neft mədəni ərazisində şəhid ailəsinə məxsus tikilinin guya SOCAR əməkdaşları tərəfindən sökülməsinə dair videogörüntü yayılıb.
Videodan məlum olur ki, ev sahibindən tikintiyə icazə verilməsi üçün kimlərsə pul istəyib, o isə həmin pulu vermədiyi üçün taxta materiallardan istifadə edilərək tikdiyi ev sökülüb.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün neft sənayesi obyektləri və mədən ərazilərini mühafizə edən SOCAR-ın Təhlükəsizlik İdarəsi ilə əlaqə saxladıq.
İdarənin müşaviri Səbuhi Şəldiyev bildirdi ki, videoda bəhs olunan tikili SOCAR tərəfindən sökülməyib:
“SOCAR-ın Təhlükəsizlik İdarəsi neft kəmərlərinin mühafizə zonasında, neft mədəni ərazilərində xidmət aparır və qanunsuz tikililərə qarşı da mübarizə aparır. Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda neft sənayesinə aid torpaqlar zəbt edilərək qanunsuz tikinti işləri aparılır. Bu cür hallarla qarşılaşdıqda həmin tikililərin sökülməsinə dair müvafiq addımlar atılır. Lakin sözügedən videodakı ərazi SOCAR-ın balansında olan ərazi deyil və həmin tikili SOCAR əməkdaşları tərəfindən söklüməyib”.
Səbuhi Şəldiyev həmçinin əlavə etdi ki, SOCAR-da şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə xüsusi diqqət göstərilir, onlara qarşı daim hörmət nümayiş etdirilir. SOCAR-da minlərlə şəhid ailəsi, müharibə veteranı çalışır. Təkcə II Qarabağ müharibəsində 500-dən çox SOCAR əməkdaşı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Onların arasında yaralanan, şəhid olan əməkdaşlarımız da var: “Lakin bəzi saxtakarlar Qarabağ qazilərinə, şəhid ailələrinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışır, qanunsuz tikinti işlərinə göz yumulmasını tələb edirlər. Dəfələrlə özünü Qarabağ qazisi kimi təqdim edən şəxsləri araşdırarkən onların əslində müharibədə iştirak etmədiyi, sadəcə bu addan istifadə etdikləri məlum olub. Ona görə də şəhid ailəsi, qazi adından istifadə edən saxtakarlar ifşa edilməli, qınanmalıdır.”
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür