RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMALAR: "Ərazilər minalardan təmizlənir, gündəlik 1000-2000 qaçqının qayıdışı təmin olunur"

img

03-12-2020 [17:24]


“Dağlıq Qarabağ regionunda atəşkəsin pozulması halları qeydə alınmayıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti monitorinq etməyə və atəşkəsə nəzarət etməyə davam edirlər: “Sülhməramlılar tərəfindən qaçqınların təhlükəsiz qayıdışı və mülki avto-nəqliyyatın hərəkətinin bərpası təmin olunub. Bundan başqa, sülhməramlılarımız əraziləri minalardan təmizləyirlər”.

Rusiya XİN rəsmisi itkin düşən hərbçilərin axtarışı və həlak olanların cəsədlərinin dəyişdirilməsi barədə də danışıb. O, bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məsələ adlandırıb, prosesin Rusiya sülhməramlılarının nəzarətində olduğunu söyləyib: “Sülhməramlılarımız müasir texniki vasitələrlə axtarışları davam etdirirlər. Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmasdayıq”.

Zaxarova Dağlıq Qarabağa erməni qaçqınların qayıdışının təmin olunmasından da danışıb: “Noyabrın 14-dən bu günə kimi qayıdan qaçqınların sayı 30 minə çatır. Gündəlik olaraq 1000-2000 qaçqının qayıdışı təmin olunur. Bu istiqamətdə müvafiq beynəlxalq strukturlarla işləyirik”/APA. 

Zaxarova əlavə edib ki, Qarabağ regionunda xristian və müsəlman məbədlərinin qorunub saxlanılması ilə bağlı suallara UNESCO-nun ekspertləri cavab verə bilər: “Bununla əlaqədar UNESCO-nun baş direktoru Odri Azulenin niyyətini dəstəkləyirik. O, münaqişə regionuna müvafiq missiya göndərmək niyyətindədir. O. Azule bu niyyətini Rusiya XİN başçısı Sergey Lavrovla 20 noyabrda telefon danışığı zamanı təsdiqləyib. Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfi ilə əməkdaşlığa hazır olan UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşlarından ibarət missiyası yaxın vaxtlarda hadisə yerinə gələ və vəziyyətə obyektiv qiymət verə biləcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR