PUTİNDƏN QARABAĞLA BAĞLI YENİ GEDİŞ: "Rusiya MDB və KTMT-yə üzv tərəfdaş ölkələrin də..."

img

02-12-2020 [14:22]


"Rusiya Qarabağda göstərilən humanitar səylərə MDB, KTMT üzvü olan tərəfdaş ölkələrin də qoşulmasında maraqlıdır".

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşündəki çıxışında deyib.

O, həmçinin Azərbaycan, Rusiya, Ermənistan arasında Qarabağla bağlı razılaşmalarının həyata keçirildiyini diqqətə çatdırıb.

Putin deyib ki, noyabrın 10-da ünvanlanan üçtərəfli razılaşmanın yerinə yetirilməsi və bölgədə atəşkəsin saxlanması vacibdir: "Bunun üçün Ermənistanın hazırkı baş nazirinə dəstək göstərmək vacibdir. Çünki məhz o, bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Bu, aydın məsələdir və bu iclasda iştirak edən hər kəs belə qərarların verilməsinin məsuliyyətini anlayır. O, öz üzərinə bu məsuliyyəti götürüb. Bizim işimiz indi baş naziri və onun komandasını dəstəkləməkdir ki, dinc yaşayışın təmin olunmasına və qəbul olunmuş qərarların icrasına nail olunsun”.

Putin deyib ki, sözügedən razılaşma Ermənistan üçün çətin verilən qərar olsa da, erməni xalqı üçün vacib qərar olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR