DİN efirdən polisi ittiham edən aşığa cavab verdi: "Aşıq Namiq qadına qeyri-etik təkliflər edib..."
ŞOU-BİZNES
01.12.2020, 11:03
Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:
"Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.
İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.
Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib".
Qeyd edək ki, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs nəzərdə tutulub. İXM-in 535-ci maddəsinə əsasən isə 250 manat cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Zelenskiyə cavabı rus əsgərləri verir, verəcək" - Putin hərbçilərə elə çağırış elədi ki....
Bugün, 00:16 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:14 CƏMİYYƏT
-
Qara dənizdə Türkiyə gəmisinə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var
05.06.2026, 22:40 GÜNDƏM
-
AAYDA-nın sədr müavinləri vəzifədən azad olundu - Sərəncam
05.06.2026, 19:57 GÜNDƏM
-
Beyləqanda rus bölməsinin bağlanması - 14 şagird, bir müəllim və cavabsız qalan suallar
05.06.2026, 19:41 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu parlamentə gedəcək – Özgür Özəl və komandası ilə dialoq mesajı verildi
05.06.2026, 19:31 DÜNYA
-
Bu məşhurların da narkotestinin nəticələri açıqlandı: Serenay Sarıkaya, Feyza Civelek...
05.06.2026, 19:07 ŞOU-BİZNES
-
"İddiaları sübut edin!" - Milli Məclis bəyanat yaydı
05.06.2026, 18:59 SİYASƏT
-
Muaytay–Tayboks Federasiyasının İdarə Heyəti toplantı keçirdi: "Hər kəs qanun qarşısında cavab verəcək" - 2 nəfər üzvlükdən xaric olunub
05.06.2026, 18:54 İDMAN
-
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib - FOTOLAR
05.06.2026, 18:18 GÜNDƏM
-
“Qalatasaray” 60 milyon avroluq oyunçunu yarı qiymətə almaq istəyir
05.06.2026, 18:11 İDMAN
-
Türkiyədə idman şərhçisinin aylıq gəliri heyrət doğurdu
05.06.2026, 17:57 PRESS
-
İsrail Livanı yenə vurdu – Ölənlər var
05.06.2026, 17:47 DÜNYA
-
“Beşiktaş” bu baş məşqçi ilə anlaşdı – FOTO
05.06.2026, 17:20 İDMAN
-
DÇ-2026: “Fənərbaxça” və “Qalatasaray” sərvət qazanacaq
05.06.2026, 17:14 İDMAN
-
Ərdoğan: “Faizin olduğu yerdə bərəkət olmaz”
05.06.2026, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
05.06.2026, 17:00 İQTİSADİYYAT
-
"ASAN Xidmət"də maliyyə problemləri yaranıb?
05.06.2026, 16:45 CƏMİYYƏT
-
Vidadi Mustafayevin məhkəməsi başlayıb
05.06.2026, 16:28 SİYASƏT
-
İran: “Uranın üçüncü ölkəyə veriləcəyi iddiaları yalandır”
05.06.2026, 16:19 DÜNYA
-
Qalmaqallı məmura cinayət işi açıldı
05.06.2026, 16:01 KRİMİNAL
-
Orta məktəblərə şagird qəbulu başlayıb
05.06.2026, 15:52 CƏMİYYƏT
-
Mehriban Əliyeva Azərbaycan millisini təbrik edib
05.06.2026, 15:43 GÜNDƏM
-
Şənbə günü Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
05.06.2026, 15:33 GÜNDƏM
-
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ... - Onlar niyə təltif olunmadı?
05.06.2026, 15:27 GÜNDƏM
-
PREZİDENT ONLARI TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
05.06.2026, 15:20 GÜNDƏM
-
Prezident İlham Əliyev Federasiyaya pul ayırdı - Bir milyon manat
05.06.2026, 15:09 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
05.06.2026, 14:33 SİYASƏT
-
MEDİA: "CNN-in İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən..."
05.06.2026, 14:25 SİYASƏT
-
"Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir" - XİN İranla bağlı idida haqda açıqlama yaydı, təkzib tələb etdi
05.06.2026, 14:21 GÜNDƏM
-
Ruslan Eyyubov ev dustaqlığına buraxıldı - YENİLƏNİB
05.06.2026, 14:09 KRİMİNAL
-
DÇ-2026: Türkiyə yığması 2 ölkə, 3 şəhərdə olacaq
05.06.2026, 13:58 İDMAN
-
“Qalatasaray”ın Okan Burukla bağlı qərar verdi
05.06.2026, 13:31 İDMAN
-
Prezident İlham Əliyevdən növbəti paylaşım - FOTO
05.06.2026, 13:29 GÜNDƏM