Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

01-12-2020 [00:01]


Qoç - hazır olmadığınız, yaxud da maraqsız təsir bağışlayan işlərə qatılmayın. hisslər, şəxsi maraqlar müstəvisində hadisələr intensivləşir.

Buğa - səfər, ünsiyyət, məsləhətləşmə, sizin üçün xüsusi maraq kəsb edən fəaliyyət sahəsində yeni informasiyanın tətbiqi üçün əlverişli zamandır. Başqalarının sizə kobud təzyiq etməsinə, sizi idarə etmək cəhdlərinə sərt cavab verin.

Əkizlər - peşəkar fəaliyyətinizdə və şəxsi münasibətlərinizdə fəallıq zamanıdır. Təşkilati məsələləri müdrikcəsinə həll edin, toplantılar keçirin, fəaliyyətin yeni variantlarını həmkarlarla müzakirə edin. İdeyaları dərhal reallaşdırmaq mümkün deyilsə, yaxın gələcəklə bağlı dəstək alın.

Xərçəng - dünənki gərginlik səhər saatlarından etibarən azalmağa başlayacaq. Problemlər yaranarsa, güzəştə gedin, çıxış yolu arayın. Aldığınız məlumata xüsusi diqqət verin. İşlə məşğul olanda və ya informasiya arayanda sizi maraqlandıran məsələyə dolayı cavab tapa bilərsiniz.

Şir - romantrik münasibətlər əlavə impuls alacaq. Etiraf, açıq söhbət, gələcəklə bağlı planlar üçün münbit şərait yaranır. Yaşanan olayların zahiri rəvanlığının arxasında daha önəmli dəyişikliklərin təzahürlərini görün. Yaranmaqda olan problemi görün.

Qız - pozitiv potensiala malik gündür. Ünsiyyət, toplantı və müzakirələr üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı artırmaq, təcrübənizi zənginləşdirmək üçün yaxşı zamandır. Gərəkli məlumatı əldə etməyə imkan verən tədbirlərə başlayın. Sizi maraqlandıran məsələ ilə bağlı məsləhət ala bilərsiniz.

Tərəzi - çoxdan planlaşdırdığınız işi reallaşdırmağa başlayın. Şərtlər çətin olsa da, geri çəkilməyin. Maraq, rəğbət və ya təmas obyektinin dəyişməsi mümükündür. Konkret məqamdan imtina etmək zamanıdır.

Əqrəb - hisslərinizə güvənin.  Ən yaxşı taktika hadisələrin axarı ilə hərəkət etməkdir. Dəyişikliklərə və şəraitin tələblərinə həssas olun.

Oxatan -  aktiv, qarışıq gündür. Gərgin işə, xərclərə, güclü emosiyalara, rahatlığın müvəqqəti pozulmasına hazır olun. Müəyyən qərarlara təkan olan və ya tam əksinə, belə qərarların qarşını almağa ehtiyac yarandığını göstərən nişanələrə fikir verin.

Oğlaq - uzaqdan maraqlı məlumat gələ bilər. Sualınıza cavab alacaqsınız. Aldığınız informasiyanı dəqiq dəyərləndirin.

Dolça - çoxlu insanın qatıldığı toplantıda diqqət mərkəzində ola bilərsiniz. Problemə yaradıcı yanaşma nümayiş etdirin. Hobbi və maraqlarınızın sayını artıra bilərsiniz.

Balıqlar -  ötənlərdə baş vermiş hadisələrdən biri sizə rahatlıq vermir. Problemi həll etmək, düyünü çözmək, mühüm məsələni qənaətbəxş səviyyəyə çatdırmaq imkanları yaranıb.

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR