Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

img

30-11-2020 [20:35]


Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, C.Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd edib.

Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, eləcə də Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

G.Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

G.Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəyovun 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR