"Prosesə AQTA-nın rüsvayçı müdaxiləsi ilə yekun vurulub” - İki QHT rəhbərindən ittihamlar
30-11-2020 [17:43]
“Qida Təhlükəsizliyi Agentliyi yanında yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı bir neçə aydır aparılan prosesə AQTA-nın rüsvayçı və qanunları kobud pozması hallarının müşaiyəti ilə yekun vurulub”.
Yenicag.az-ın məlumatına görə, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın formalaşdırılmasında yol verilən ciddi qanun pozuntularından bəhs edən Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçiləri Məhsəti Hüseynova (Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru) və Asim Vəliyev (Gənclərə Qayğı İctimai Birliyinin sədr müavini) bildiriblər.
Məhsəti Hüseynova ilə Asim Vəliyevin AQTA yanında İctimai Şuranın təsis olunması zamanı əl atılan qanunsuzluqlar barəsində mövqeyini təqdim edirik:
“Qida Təhlükəsizliyi Agentliyi yanında yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı bir neçə aydır aparılan prosesə AQTA-nın rüsvayçı və qanunları kobud pozması hallarının müşaiyəti ilə yekun vurulub. Məlumat üçün bildiririk ki, AQTA İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər ictimai qurumlar üçün 31 avqust 2020-ci ildə sənəd qəbulu elan etmişdi. Biz də qida təhlükəsizliyi və sağlam qidalanma sahəsində fərdi qaydada 2012-ci ildən, Qida Təhlükəsizliyi Hərəkatı olaraq 2016-cı ildən fəaliyyət göstərdiyimizi nəzərə alaraq Cənab Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı çağırışlarına uyğun olaraq İctimai Şura üzvlüyünə namizədliyimizi irəli sürdük. Lakin ilk mərhələdən AQTA-da qarşılaşdıqlarımız bu qurumun İctimai Şuranın formalaşdırılması ilə bağlı qeyri-sağlam niyyətini açıq büruzə vermiş oldu.
Namizdəliyimizi irəli sürdüyümüz zaman AQTA-nın İctimai Şura ilə bağlı Komissiyasından bizim namizədliklərimizi qeydə almamaq üçün əsassız iddialar irəli sürüldü. Bu iddialara cavab olaraq biz “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”dən çıxış edərək namizədliyimizin qeydiyyata alınmaması üçün irəli sürülən iddiaların əsassız olduğunu sübut etdik və namizədliyimizin qeydiyyata alınmasına nail olduq. Ancaq qanun pozuntusu halı və maneələr bununla bitmədi. Namizədliyimiz qeydiyyata alındıqdan sonra AQTA heç bir formada (nə e-poçt, nə də mobil telefon vasitə ilə) İctimai Şuraya seçkilərin keçiriləcəyi tarixlə bağlı bizə məlumat vermədi. Eyni zamanda AQTA namizəd olaraq platformamızı təqdim etmək üçün bizə heç bir şərait yaratmadı və yekunda seçkidə iştiraka dəvət etmədi. Seçkilərin keçirilməsi barədə isə proses başa çatdıqdan sonra digər bir neçə namizəd vasitəsi ilə məlumat əldə edə bildik.
Əgər ictimai nəzarətin ən mühüm alətlərindən olan İctimai Şuralar AQTA üçün heç bir əhəmiyyət kəsb etmirdisə bu qurum belə rüsvayçı hərəkətlərdəndisə açıq formada və ya Prezident Adminstrasiyasına məlumat verməklə İŞ-nın formalaşdırılmasından imtina edə bilərdi. İndiki vəziyyət isə Cənab Prezidentin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı dəfələrlə söylədiyi fikirlərə zidd olaraq kobud pozuntu hallarının müşayiəti ilə İŞ formalaşdırılmasını dövlətin ali siyasi iradəsinə və uğurla həyata keçirilən islahatlar kursuna qarşı açıq tabesizlik nümayişi hesab oluna bilər.
Qeyd etdiyimiz pozuntuları rəhbər tutaraq AQTA yanında yaradılacaq İctimai Şuranın formalaşdırılması üçün keçirilən seçkiləri qeyri-legitim hesab etdiyimizi bildirir və yeni seçkilərin keçirilməsini tələb edirik. İctimai Şuraların formalaşdırılması ilə bağlı normativ aktlara zidd olaraq AQTA-nın özünəməxsus formada “seçki” keçirməsi bir daha sübut edir ki, AQTA rəhbərliyi sadəcə İŞ adı altında növbəti təyinatı orqan yaradıb.
Nəzərinizə çatdıraq ki, AQTA-nın yaranmasından da öncə biz neçə illərdir fəaliyyətimizi qida təhlükəsizliyi, sağlam qidalanma ilə bağlı maarifləndirmə işlərininin təşkili istiqamətində qurmuşuq. Kütləvi informasiya vasitələrində, o cümlədən də televiziya və saytlarda mütəmadi olaraq bu istiqamətdə çıxışlar edirik. Qida təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı layihələrin rəhbəri, eksperti və tədbirlərin təşkilatçısı qismində fəaliyyətimiz ictimaiyyətin gözü önündədir. Bununla bağlı müvafiq qurumlara geniş hesabat təqdim etməyə də hazırıq. Xüsusi ilə son illərdə qida mütəxəssislərinin iştirakı ilə kiçik və orta sahibkarlar üçün qida zəncirinə dair çoxsaylı maarifləndirmə və ictimai monitorinq tədbirləri həyata keçirmişik. “Sağlam Qidalanma” mövzusunda Azərbaycanın əksər bölgələrində onlarla maarifləndirmə tədbirləri təşkil etmişik.
İlk dəfə yüzlərlə könüllünü, qida istehlakçısı və qida mütəxəssislərini bir araya gətirən “Sağlam Qida” Könüllüsü proqramı hazırlamışıq. Bu proqram çərçivəsində “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunu, Şamaxı Forumunu, Qarabağ və Gəncə Forumunu həyata keçirmişik. Məlumat üçün bildiririk ki, bu Forumlarda Azərbaycan və Türkiyənin peşəkar qida mütəxəssislərini bir araya gətirmişik. Sosial şəbəkələrdə “Qida Təhlükəsizliyi Hərəkatı” adlı minlərlə izləyicisi olan maarifləndirici səhifəmiz fəaliyyət göstərir. Hər gün səhifə vasitəsilə bizə xeyli sayda şikayət daxil olur ki, onları aidiyyəti üzrə yönləndiririk, həmçinin sualları cavablandırırıq.
Görülən bu qədər işin qarşılığında bizim – iki sahə mütəxəssisi və QHT rəhbərinin İctimai Şuradan müxtəlif yollarla kənarlaşdırılması AQTA yanında fəaliyyət göstərəcək İctimai Şuranın obyektiv və şəffaf fəaliyyətini indidən sual altına alır. AQTA-nın rəhbəri cənab Qoşqar Təhməzliyə müraciət edərək bildiririk ki, İctimai Şura müvafiq mərkəzi icra hakimiyyəti qurumunun PR-nı təşkil edən təsisat deyil. İctimai Şura vətəndaş cəmiyyəti institutu olmaqla dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirən, müvafiq sahədəki nöqsanların aşkarlanması və onların həlli üçün zəruri ictimai dəstəyi təmin edən mühüm demokratik təsisatdır.
Heç bir qurumun Cənab Prezidentin ölkədəki islahatlar kursuna qarşı bu cür tamamilə zidd addımlar atmağa və qanunvericiliyi pozmağa haqqı yoxdur. Onsuz da Azərbaycan cəmiyyəti müzəffər Ali Baş Komandanının, öz sevimli Prezidentinin arxasındadır. Gec ya tez bu iradəyə qarşı çıxanlar məğlub olacaqlar”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb