Maradonanın həkimi futbolçunun ölümü ilə bağlı ittihamlara cavab verdi

img

29-11-2020 [23:21]


Argentinanın futbol üzrə yığmasının sabiq oyunçusu və baş məşqçisi Dieqo Maradonanın həkimi Leopoldo Luke bildirib ki, özünü idmançının ölümündə günahkar hesab etmir.

"Biz bacardığımız hər şeyi etdik”, - o, jurnalistlərə bildirib.

Həkim vurğulayıb ki, hadisənin araşdırılması üçün istintaqla əməkdaşlıq etməyə hazırdır.

"Mən hesab etmirəm ki, bunda kimsə təqsirkardır", - Leopoldo Luke əlavə edib.

Lukenin sözlərinə görə, Maradonanın evindəki tibb işçiləri onun alkoqoldan asılılığını müalicə ediblər.

"Onların vəzifələrinə Maradonanın həbləri qəbul etməsi və spirtli içkidən istifadə etməməsinə nəzarət daxil idi, ürəktutmanın qarşısının alınması yox", - həkim deyib.

Luke həmçinin qeyd edib ki, sabiq futbolçunun noyabrın 3-dəki beyin əməliyyatı onun ölümü ilə qətiyyən əlaqəli deyil. Həkim eləcə də Maradonanın xəstəxanadan vaxtından əvvəl buraxılması iddiası ilə də razılaşmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR