Türkiyə MN: "Rusiya ilə Qrabağda yaradılacaq ortaq mərkəzi ilə bağlı detallar müzakirə olunur"

img

29-11-2020 [17:02]


Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə yaradılacaq ortaq mərkəzin vəzifə prinsiplərinin texniki detalları ilə bağlı müzakirələr davam edir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

“Kədərdə və sevincdə bərabər olduğumuz Azərbaycanın haqlı davasında bütün imkanlarımızla yanlarındayıq”-deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb.

Memorandumu videokonfrans formatında Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu imzalayıblar.

Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli bir addım atıldığını vurğulayan türkiyəli nazir anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.

Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR