"Avrozona iqtisadiyyatının tənəzzülü birinci dalğadakına nisbətən daha az olacaq" - Araşdırma
28-11-2020 [16:37]
"Koronavirus pandemiyasının ikinci dalğası ilə əlamətdar olan bu ilin dördüncü rübündə avrozona iqtisadiyyatının tənəzzülü birinci dalğadakına nisbətən daha az olacaq".
“Societe Generale Cross Asset Research” şirkətinin araşdırmasına əsasən, bunun səbəbi əksər iqtisadi sahələrin açıq qaldığı, dövlət dəstəyinin də yüksək səviyyədə olması ilə bağlıdır.
Bununla yanaşı, yaz aylarındakı pandemiyanın birinci dalğası dövründə tətbiq edilmiş sərt lokdaun tədbirləri üzündən region iqtisadiyyatının on illərdən bu yana ən ciddi böhranla üzləşdiyi, ona görə də dövlət qurumları tərəfindən təcili şəkildə həm sahibkarlığa, həm də işləyənlərə dəstək tədbirlərinin işə salındığı qeyd olunur.
Karantin məhdudiyyətləri yumşaldıqca iqtisadiyyat nisbətən dirçəlsə də, pandemiyanın payızda başlayan ikinci dalğası iqtisadiyyatda yenidən lokdaun tədbirlərinə qayıtmaq zərurətini üzə çıxardı. İkinci dalğanın fəsadlarının daha çox dəbdəbəli malların satışı, ictimai iaşə, əyləncə, həmçinin bəzi nəqliyyat növlərində özünü göstərəcəyi ehtimal olunur.
“Aparılan rəy sorğuları, habelə istehsalatın açıq qaldığı nəzərə almaqla 2020-ci ilin dördüncü rübündə də istehsalatın sabit qalacağı, gələn ilin birinci rübündə isə “Brexit” üzündən ziyan çəkəcəyi gözlənilir”, – araşdırmada qeyd olunur.
Bununla belə, COVID-19 ilə bağlı qarşıdakı qış aylarında yeni məhdudiyyətlər tətbiq olunsa, vəziyyət hazırda gözlənildiyindən daha kəskin, orta perspektivdə isə yeni dərmanların yayılması və dövlətlər tərəfindən iqtisadi dəstək tədbirləri nəticəsində yaxşılaşa bilər.
Xatırladaq ki, Avropa İttifaqı ilə Böyük Britaniya hökuməti arasında “Brexit” sonrası ticarət sazişi imzalamaq üçün aylardır davam edən danışıqlar ilin sonunadək nəticə verməsə, yanvarın 1-dən etibarən ticarət əlaqələri yeni qaydalara keçəcək ki, nəticədə hər iki tərəfin iqtisadiyyatı problemlərlə üzləşə bilər. Bəzi ekspertlərin qənaətincə tərəflər son nəticədə irimiqyaslı ticarət sazişi yox, məhdud razılaşma imzalayacaqlar/Report.
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏÖZİFƏDƏN AZAD OLUNDU - Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb