Putin mətbuat konfransı keçirəcək

img

27-11-2020 [12:26]


Rusiya Prezidenti Vladimir Putinin ənənəvi olaraq hər ilk keçirdiyi böyük mətbuat konfransının vaxtı məlum olub.

Məlumata görə, V. Putinin illik böyük mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

Noyabrın 29-dan isə jurnalistlərin akkreditasiyasına başlanılacaq.

Ölkədə koronavirusla bağlı mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar bu il mətbuat konfransı videokonfrans formatında keçiriləcək. Rusiya Prezidentinin mətbuat konfransına Novo-Oqoryovadakı iqamətgahından qatılacağı planlaşdırılır. Yerli və xarici KİV nümayəndələri isə ənənəvi olaraq Beynəlxalq Ticarət Mərkəzindəki zalda işləyəcəklər. Ötən illərdəkindən fərqli olaraq, bu il Rusiyanın regionlarını təmsil edən KİV nümayəndələrinin Moskvaya gəlməsinə ehtiyac qalmayacaq. Mətbuat konfransına qoşulmaq üçün hər bir federal dairədə xüsusi meydançalar təşkil olunacaq. Mətbuat konfransının iştirakçılarının sayı da “Rospotrebnadzor”un tövsiyəsi ilə məhdudlaşdırılıb. Hər qəzet və onlayn mediadan bir müxbir, bir fotomüxbir, telekanallardan isə bir çəkiliş qrupuna mətbuat konfransını işıqlandırmaq icazəsi veriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR