Vəkil: "Dieqo Maradona üçün təcili yardım gec gəlib"

img

26-11-2020 [16:55]


Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradona üçün təcili yardım gec gəlib.

Bu barədə onun vəkili Matias Morla tvitterdə yazıb.

O bildirib ki, təcili yardımın gəlməsi 30 dəqiqədən çox çəkib. Morla bunu axmaqlıq adlandırıb. "Bu, nəticəsiz qalmamalıdır. Bütün halların sona qədər araşdırılmasını istəyəcəyəm".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR