Giorgi Qaxariya: "Dövlət qulluqçularının 80 %-i distant iş rejiminə keçəcək" - İctimai nəqliyyatın hərəkəti dayandırılacaq

img

26-11-2020 [15:15]


Gürcüstanda noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 %-i distant iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.

G.Qaxariya növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb/Report.

Bundan əlavə, noyabrın 28-dən etibarən Gürcüstanda metro da daxil olmaqla bütün ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. Hökumət başçısının sözlərinə görə, taksilərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Qeyd edək ki, qonşu ölkədə sərt karantin rejimi gələn ilin yanvarın 31-dək qüvvədə qalacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR