Dieqo Maradona ilə Prezident Sarayında vida mərasimi keçiriləcək

img

26-11-2020 [10:02]


Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Mia.az-ın məlumatına görə, tədbir Kasa Rosada Prezident Sarayında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb. 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR