Prezident İlham Əliyev işğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi ilə bağlı qanunları təsdiqlədi

img

25-11-2020 [18:36]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.

Mia.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR