Qarabağda rus hərbçilərinin sayı artırılıb? - Peskovdan açıqlama

img

25-11-2020 [15:09]


"Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılmasına dair xəbərlər doğru deyil".

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

O, bölgədəki qurumlararası humanitar yardım mərkəzinin fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb etdiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR