Millimizin sabiq baş məşqçisi istefaya göndərildi

img

25-11-2020 [14:03]


Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Dənizli təmsilçisi 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqada keçirdiyi 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2014 - 2017-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR