Dünya birjalarında qızıl yenə ucuzlaşdı

img

25-11-2020 [13:50]


Son vaxtlar yeni koronavirus dərmanları ilə bağlı dünya bazarında hakim olan müsbət ovqatın təsiri ilə qızıl dörd gündür ucuzlaşmağa davam edir.

Məlumata görə, Nyu-Yorkdakı “Comex” birjasında Bakı vaxtı ilə saat 10:10-da qızılın dekabr fyüçersi 0,22 faiz ucuzlaşaraq 1. 800. 85 ABŞ dollarından satılıb. Ayın 20-dən bu yana qızıl artıq 3,8 faiz ucuzlaşıb. Gümüşün isə dekabr fyüçersi 0,61 faiz ucuzlaşaraq 23,157 dollardan satılıb.

Qeyd edək ki, dünya bazarlarındakı nikbinlik daha risqli aktivlərə meyli artırıb ki, bu da fond birjalarındakı artıma gətirib çıxardı. Məsələn, ABŞ birjalarında dünən yüksəliş qeydə alınıb, “Dow Jones Industrial Average” (DJIA) indeksi isə ilk dəfə olaraq 30 min bəndi keçib. Bu gün isə Asiya Fond birjalarında da artım oldu/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR