Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilib - Qışa hazırlıqla bağlı qərargah yaradılıb, plan təsdiqlənib - FOTO
24-11-2020 [20:13]
Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon bələdiyyəsi sədrinin, rayon təsərrüfat xidmətləri və Mənzil Kommunal Təsərrüfat Birliyi rəhbərlərinin iştirakı ilə video-müşavirə keçirilib.
Bu barədə İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan RİH Başçısı Asif Əsgərov müşavirə iştirakçılarını Azərabaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən qazanılmış qələbə münasibətilə təbrik edərək, həm ön cəbhədə, həm də ideoloji cəbhədə qazanılmış uğurlara görə Möhtərəm Prezidentimizə öz dərin minnətdarlığını bildirib.
Qeyd olundu ki, Möhtərəm Prezidentimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin sırasına 10 noyabrda imzalanmış Bəyanatın nəticəsi olaraq Ağdam şəhəri də daxil edildi, yaxın günlərdə isə Kəlbəcər və Laçın rayonları da işğaldan azad ediləcəkdir. Bu gün Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin yeni şanlı tarixi yazılır.
Sonra RİH Başçısı 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrlə bağlı görülmüş işlər haqqında geniş məlumat verərək , bildirib ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub, əsas və köməkçi məhəllədaxili yolların səkilərinin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.
Müşavirədə rayon təsərrüfatının 2020-2021-ci ilin payız-qış mövsümünə hazırlığının vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, müzakirələr zamanı “Azərişıq” ASC-nin Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin , rayon Sukanal idarəsinin, “Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsinin və Bakı Regional Qaz İstismar Departamentinin Nəsimi rayonu üzrə Texniki İstismar Xidmətinin rəhbərlərinin görülmüş işlər barədə arayışları dinlənilmiş və onlara müvafiq tapşırıqlar verilib.
Müşavirədə Nəsimi rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbirlər olaraq küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binalarının girişləri, lift kabinələri, məişət tullantıları konteynerlərinin dezinfeksiya olunduğu və bu işlərin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən davam etdirildiyi qeyd olunub.
Bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioliji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür, rayon ərazisində aztəminatlı ailələrə dəstək olmaq məqsədilə sosial aksiyalar davam etdirilir, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.
Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti Başçısının, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.
Monitorinqlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.
Müşavirənin sonunda aidiyyəti təşkilatlara və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib