"Kapitanın başı üzərində silahlı hərbçi dayanıb, zor tətbiq edilməklə..." - Rəsmi Ankaradan türk gəmisindəki axtarışa etiraz
23-11-2020 [17:59]
“Türkiyəyə məxsus ticarət gəmisində beynəlxalq dəniz qanunlarına uyğun olmayan axtarışın aparılmasına etiraz edirik, beynəlxalq sularda hər bir dövlətin bayrağını daşıyan gəmidə axtarış aparmaq üçün həmin dövlət tərəfindən icazənin verilməsi əsasdır”.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Aralıq dənizində Almaniyaya məxsus “Hamburq” gəmisinin Türkiyəyə məxsus “MV Roseline A” ticarət gəmisində apardığı qanunsuz axtarışa münasibət bildirərkən deyib.
Türkiyə XİN-in sözçüsü deyib ki, sözügedən məsələ ilə bağlı müdaxilə nə rəsmi Türkiyə, nə də “MV Roseline A” gəmi kapitanın razılığı olmadan baş verib: “Kapitan əməkdaşlıq şərtləri çərçivəsində gəmidəki yük haqqında məlumat verib. Buna baxmayaraq, dünən saat 17:45-də “İrini” hərəkatı tərəfindən gəmiyə çıxılaraq kapitan da daxil olmaqla, bütün heyətin üzərində axtarış aparılıb, kapitanın başı üzərində silahlı hərbçi dayanaraq, sərt hava şəraitində zor tətbiq edilməklə bütün konteynerlərdə axtarış həyata keçirilib. Gecə yarısına qədər davam edən bu müdaxilə ölkəmizin israrlı etirazından sonra başa çatıb. Silahlı heyət ticarət gəmisini sabah saat 09:38-də tərk edib”.
Diplomat qeyd edib ki, “İrini” hərəkatı Avropa İttifaqı tərəfindən irəli sürülən, ancaq məqsədi və faydası mübahisə doğuran bir hərəkatdır: “Avropa İttifaqının qanuni Liviya hökuməti, ölkəmiz və ya NATO ilə məsləhətləşmədən başlatdığı “İrini” əməliyyatının bitərəfliyi hazırda müzakirə olunur. Ölkəmizdən Liviyaya daşınan gəmilərə tətbiq olunan bu ikili standart və qanunsuz davranış əsla qəbul edilə bilməz. Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, “İrini” hərəkatı qərəzli bir əməliyyatdır. Hüquqi əsası olmayan bu qanunsuz hərəkəti şiddətlə qınayırıq və bundan yarana biləcək zərərlərə, itkilərə qarşı hər cür kompensasiyanın ödənilməsi hüquqları təbii olaraq qorunur”.
Qeyd edək ki, Avropa İttifaqı Dəniz Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Liviyaya silah məhdudiyyətləri tətbiq etmək məqsədi ilə 31 mart 2020-ci ildən Aralıq dənizində “İrini” (yunanca barış) əməliyyatına başlanıb. Lakin BMT Təhlükəsizlik Şurasının 2 292 saylı qətnaməsinə görə, “İrini” əməliyyatı qərəzli və qanunsuz bir əməliyyat hesab edilir/APA.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO