Futbol Federasiyasının prezidenti futboldan ömürlük uzaqlaşdırılıb

img

20-11-2020 [18:20]


FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb.

Məlumata görə, məhkəmə onun yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib.

Jan-Bart FIFA-nın etik kodeksinin bir neçə bəndini pozub və onun futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub.

Funksioner bundan əlavə 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qərar noyabrın 18-dən qüvvəyə minib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR