Oğul var evdən gedir, oğul da var eldən gedir - Müstəqil Azərbaycanın ilk Baş Prokuroru İSMƏT QAYIBOV...
20-11-2020 [15:44]
Oğul var evdən gedir, oğul da var eldən gedir.
İsmət Qayıbov da eldən getdi. Bu torpağın ən istəkli oğlu kimi getdi və onu sevənlərin ürəyinə dağ çəkib getdi...
Bir ailənin oğlu kimi getdi... Bütöv Azərbaycanın oğlu kimi Azərbaycanın yeni tarixinə öz adını yazdı.
Müstəqil Azərbaycanın ilk Baş Prokuroru - İSMƏT QAYIBOV
Bu gün onun xatirə günüdür.
Böyük ehtiramla, hörmətlə anırıq!
İsmət Qayıbov 1942-ci il 8 oktyabrda Gəncə şəhərində anadan olmuşdu. Onun valideynləri, atası İsmayıl və anası Füruzə xanım Respublikanın Əməkdar müəllimi idilər.
O, orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsini bitirir. 1968-ci ildə Leyla xanımla evlənir, iki övladı olur.
1969-cu ildə Əli-Bayramlı (Şirvan) Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib.
1971-ci ildə isə Azərbaycan SSR-də prokurorluq orqanlarında fəaliyyətə başlayır. 1987-90-cı illərdə Sumqayıt şəhərinə prokuror təyin edilir. O, müstəqil Azərbaycanın ilk baş prokuroru təyin edilir.

1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. Sumqayıt hadisələri ilə bağlı 96 şəxsə həbs qəti imkan tədbiri seçib.
İsmət Qayıbov Quqarkda azərbaycanlılara qarşı törədilən dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını "biabırçılıq" adlandırmışdı.
Ermənilərin onun başına pul qoyulması xəbəri yayılır. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci ildə iclasa gedərkən heyətində olduğu Mİ-8 N72 vertolyotu vurulur.
Hadisə qurbanları Fəxri Xiyabanda dəfn edilib.
İsmət Qayıbovun xatirəsini dərin hüznlə anır və ona Allahdan rəhmət diləyirik.
Məkanınız cənnət olsun, böyük Adam!
Böyük Azərbaycan Kişisi!
Nurlanə Əliyeva,
Miaaz
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir