"Neftçi"nin kapitanı koronavirusa yoluxub

img

20-11-2020 [14:08]


"Neftçi"nin komandasının kapitanı Emin Mahmudov koronavirusa yoluxub.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin dünənki test nəticəsi müsbət olub.

Mahmudov evində karantinə alınıb və özünü normal hiss edir. Allahverdiyevin sözlərinə görə, flaqmanın digər futbolçusu Ömər Buludov da özünü pis hiss edib: "Ondan götürülmüş test nümunəsi mənfi olub. Lakin bu gün hamı yenidən test verdik. Nəticəni gözləyəcəyik".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının X turunda "Qəbələ"nin qonağı olacaq. Noyabrın 22-də keçiriləcək oyun saat 14:00-da start götürəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR